Skip to main content

HOLCIMACADEMY

Dayanıqlı tikintiyə giriş


Tikintinin ətraf mühitə təsirini kəşf edərək dayanıqlı tikintinin real dünya kontekstini və nəticələrini müəyyən edin.

Kurs haqqında

Dayanıqlı tikintinin transformativ gücünü kəşf edin. Bu giriş mövzusunda insan tərəfindən inşa edilmiş ekoloji cəhətdən daha təmiz və daha davamlı süni mühitin əsaslarından bəhs olunur. Ənənəvi tikintinin ətraf mühitə təsirini dərindən araşdırın, əsas dayanıqlılıq konsepsiyalarını kəşf edin və kritik məsələləri qiymətləndirməyin və həll etməyin yollarını öyrənin. Tikinti materiallarının istehsalı və istismarı zamanı yaranan karbon emissiyalarını anlamaqdan passiv dizayn strategiyalarını mənimsəməyə qədər sənayedə müsbət dəyişikliklərə səbəb olmaq üçün vacib biliklər əldə edəcəksiniz.

Bu mövzuya təxminən 2 saat vaxt sərf edəcəksiniz. Keçid balını (80 %) toplaya bilməsəniz, qiymətləndirmədə yenidən iştirak etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Kurs heyəti

Antonio Karrillo
Holcim

Antonio İsveçrədə yerləşən, tikinti materialları və həlləri sahəsində qlobal lider olan Holcim şirkətinin Dayanıqlılıq üzrə vitse-prezidentidir. Korporativ və əməliyyatlar səviyyəsində müxtəlif vəzifələrdə 15-illik təcrübəsi olan Antonio İqlim və enerji məsələləri üzrə Qrup rəhbəri, eləcə də Ətraf mühit, sosial və idarəetmə (ESG) hesabatlılığı üzrə rəhbər kimi strateji vəzifələrdə çalışıb. Qlobal Sement və Beton Assosiasiyası (GCCA) çərçivəsində o, 4 saylı işçi qrupunun həmsədri olmaqla yanaşı, 6 saylı işçi qrupu nəzdində GCCA CO2 protokolunun icmalına rəhbərlik edir. Antonio həmçinin Dayanıqlı İnkişaf üzrə Dünya Biznes Şurasında (WBCSD) şirkət nümayəndəsi kimi çıxış edir və 2020-ci ildən 2022-ci ilə qədər "Elmi əsaslı hədəf təşəbbüsü" Texniki Məsləhət Qrupunun üzvü olub.

Renata Pollini
Holcim

Renata Pollini Holcim şirkətinin Dayanıqlı tikinti və təbiət şöbəsinin rəhbəridir. O, şirkətə 2020-ci ilin noyabr ayından qoşulub. Renata Holcim-in yeni Təbiət strategiyasının hazırlanmasına rəhbərlik edərək şirkət üçün ölçülə bilən su və biomüxtəliflik hədəflərini müəyyən edib. O, Təbiətlə bağlı maliyyə açıqlamaları üzrə İşçi Qrupunun (TNFD) rəsmi üzvü olmaqla yanaşı, Holcim-i Elmi Əsaslı Hədəf Şəbəkəsində (SBTN) təmsil edir, "SUSTAIN" layihəsi, "Biznes təbiət üçün""GreenBiz" təşəbbüslərində İdarə Heyətinin məsləhətçisi kimi fəaliyyət göstərir. Bundan əvvəl Renata Syngenta şirkətində 10 il müxtəlif qlobal, ölkədaxili əməliyyat və strateji vəzifələrdə çalışıb. Syngenta şirkətində çalışdığı son vəzifədə Renata Braziliyada dayanıqlılıq funksiyasına rəhbərlik edib. Renata Braziliyada anadan olub və böyüyüb. O, San-Karlos Federal Universitetinin "Biologiya" fakültəsini bakalavr və Bazel Universitetinin "Dayanıqlı inkişaf" fakültəsinin magistr pillələrini bitirib, Sankt-Qallen Universitetindən "Biznesin idarə olunması" dərəcəsini alıb.

Veronika Elfmarkova
Holcim

Əsas fəaliyyət istiqaməti sement və beton sektorunun dekarbonizasiyası olan Veronika akademik və sənaye sahəsində təcrübəyə sahib inşaat və material mühəndisidir. Hazırda Holcim şirkətində Kommersiya məqsədli hazır beton məhsulları üzrə Qrup rəhbəridir. O, sement, sement materialları, o cümlədən qələvi məhlulu ilə aktivləşdirilmiş sement materialı, beton və polimer texnologiyası kimi texnologiyalar üzrə tədqiqat və məhsul inkişafı üzrə ixtisaslaşıb. Veronika bir neçə nəşrin, texniki hesabatın və ya konfrans materiallarının müəllifi və ya həmmüəllifi, Beton Texnologiyaları İnstitutunun, IOM3-ün, "Əsas tikinti materiallarının istehsalı sahələrinin transformasiyası" çağırışı üzrə Gələcək Liderlər Qrupunun və digər sənaye qurumlarının, eləcə də texniki komitələrinin üzvüdür.

Veronika tikinti sənayesində xalis sıfır emissiyaya keçidi maksimum dərəcədə artırmaq və sürətləndirmək, kağız üzərində saxlamaq əvəzinə, ona uyğun hərəkət etmək məqsədilə sement və beton sektorunu dəyişdirmədə maraqlıdır. Onun vəzifə öhdəliklərinə mühafizəkar tikinti sektorunda innovasiyanı təşviq etmək daxildir.

Nabila Pranoto
Holcim

Nabila Pranoto memar, urbanist və dayanıqlılıq mütəxəssisidir. Holcim şirkətində Dayanıqlı tikinti meneceri kimi çalışan Nabilanın vəzifəsi Holcim daxilində dayanıqlılıq gündəliyinin irəliləməsinə kömək etmək və sənayelərarası əməkdaşlığı inkişaf etdirməklə yanaşı, tikinti dəyər zənciri boyunca dayanıqlılığı təşviq etməkdən ibarətdir. O, İsveçrə Federal Texnologiya İnstitutu (ETH Sürix) və Lozanna Federal Politexnik Məktəbinin (EPFL) "Şəhərsalma və ərazi dizaynı", Sinqapur Texnologiya və Dizayn Universitetinin isə "Memarlıq" üzrə magistr dərəcələrinə malikdir. Holcim şirkətinə qoşulmazdan əvvəl o, Sinqapurun "WOHA Architects" və Şri-Lankanın "Balmond Studio" şirkətlərində memar qismində çalışaraq müxtəlif təcrübələr qazanıb.

Enroll